Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Əli Həsənovun idarəsində qara piar kampaniyası

Əli Həsənovun idarəsində qara piar kampaniyası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Vüqar Rüstəmovun korrupsiya əməlləri necə ört-basdır edilir

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün bir sıra işlər həyata keçirilir. Dövlət büdcəsi, Dövlət Neft Fondu və beynəlxalq maliyyə təşkilatları onların mənzil şəraitinin yaxşılaşdırılması üçün indiyədək 1 milyard manatdan çox vəsait xərcləyib. Əlbəttə, bu məbləğ hökumətin çox da böyük sosial yükü olmayan layihələrə ayrılan pullarla müqayisədə cüzi görsənir. Burada əsas məsələ xərclənən pulların şəffaflığı, 1 milyona yaxın məcburi köçkünə çatan paydır. Mətbuatın araşdırmalarından görünür ki, bir çox hallarda tikilən evlər, qəsəbələrə çəkilən yollar keyfiyyətsiz olur. Qiymətlər hədsiz şişirlilir, iş isə ucuz tikinti materialları ilə icra olunur. Tək investisiya xərclərində deyil, kommunal təsərrüfatın ödənilməsi və qida məhsullarının satın alınması zamanı da dövlət büdcəsindən xeyli vəsaitin korrupsiya yeminə çevrilməsi məlumdur./KIV/
1547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP