Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Dizi açıq ingilislər AB-dən çıxa bilər

Britaniyanın baş naziri David Kameron deyir ki, Luksemburqun keçmiş baş naziri Klaude Junker Avropa Komissiyasının növbəti prezidenti olarsa, ölkəsi Avropa Birliyindən çıxa bilər.

Bu barədə Almaniyada çıxan «Der Spiegel» jurnalı yazıb. Kameron-un sözlərinə görə, Junker komissiya rəhbəri seçilsə, Britaniyanın AB-də qalacağına zəmanət vermir. Cameron deyib: «1980ci illərin sifəti növbəti beş ildə problemləri həll edə bilməz».

«Der Spiegel» yazır ki, Kameron Junker aşırı federalist sayır və onun təyinatı Britaniyada AB üzvlüyünə dair referendum planını sürətləndirə bilər.

Almaniyanın kansleri Angela Merkel, Junkerin həmin posta namizədliyini dəstəkləyir. Merkel və Junkerin partiyaları sağ mərkəzçi Avropa Xalq Partiyasının üzvləridir. Bu siyasi blok ötən həftə Avropa Parlamentinə seçkilərdə üstünlük qazanıb./azadliq/
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı