Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Polisin İxvan üzvünü qətlə yetirməsi Misiri qarışdırdı

Misirin paytaxtı Qahirənin Giza bölgəsinin Nezlat Aliyan kəndində polis Müsəlman Qardaşları Təşkilatının (İxvan ) bir üzvünü qətlə yetirib.

Misir polisi şirkətlərin birində çalışan Fəthi Xəlilin evinə basqın edib. Polisin evinə basqın etməsini qanunsuzluq olduğunu deyən Fəthi Xəlil güllələnib. Yaralı şəkildə xəstəxanaya aparılan Fəthi Xəlil yolda dünyasını dəyişib.

Misir Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada polisin Fəthi Xəlili məhkəmə qərarı ilə həbs etməyə getdiyini , lakin Müsəlman Qardaşları Təşkilatı üzvünün qaçdığı üçün atəş açıldığı bildirilib.

Müsəlman Qardaşları Təşkilatı üzvünün qətlə yetirilməsi üzərindən qəsəbədə polisə qarşı aksiya başladığı bildirilir. Xeyli sayda etirazçının qəsəbəyə toplaşdığı və polis əleyhinə şüarlar səsləndiyi qeyd olunur. Aksiyanın davam etdiyi və polis rəsmilərinin Fəthi Xəlilin qohumları ilə danışıqlar apardığı bildirilir.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41