Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Rusiya BMT TŞ sədrliyini qəbul etdi

Rusiya daimi üzvü olduğu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına sədrliyinin icrasına başlayıb.

İyunun 1-dən etibarən sədrlik edəcək Rusiya Yaxın Şərq, Afrika və Əfqanıstanda baş verən hadisələrin Şuranın gündəliyinə salınacağını açıqlayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Yaxın Şərq məsələsini diqqətdə saxlayacaqlarını deyib:

“Təhlükəsizlik Şurasına sədrlik etməyimiz qlobal problemlərin həllinə yardımçı olacaq. Əsas məsələ dünya dövlətləri ilə birlikdə ümumi razılığa gəlməyi təmin etmək və yaranan problemlərin həllində vasitəçi olmaqdan ibarətdir. Təbii ki, ilk işimiz Yaxın Şərq məsələsi olacaq. Yəmən, Liviya, Suriya böhranı və bu ölkələrdəki vəziyyətin sabitləşməsi yollarını müzakirə edəcəyik”.
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP