Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

İctimai yerlərdə siqaret qadağan olundu

İyunun 1-dən Rusiyada qapalı yerlərdə siqaret istifadəsi rəsmən qadağan olunub.

Artıq dünəndən başalayaraq Rusiya ərazisində restoran, otel, kafe, qatar və digər qapalı yerlərdə siqaretin istifadəsi qadağandır.

Dünyanın ən çox siqaret istehlak olunan dövlətlərindən olan Rusiyada siqaret çəkənlər üçün yerlər də ayrılmayacaq. Araşdırmalara görə, Rusiyada əhalinin 76%-i siqaretin qadağan olunmasını dəstəkləyir. Siqaret çəkilməsinə görə cərimənin məbləği fiziki vətəndaşlar üçün 860-1150 dollar, hüquqi şəxslər üçün isə 1720-2580 dollar olaraq müəyyənləşdirilib.

Rusiya Səhiyyə nazirliyinin verdiyi açıqlamada hər il ölkədə 400 min adamın siqaret səbəbindən öldüyü bildirilir. Hesablamalara görə, əhalinin 30%-i siqaret istifadəçisidir.

Xatırladaq ki, Prezident Vladimir Putinin 1 fevral 2013-cü il tarixdə qəbul etdiyi qanunla Rusiya ərazisində siqaret istifadəsi qadağan olunmuşdu. Qanun iyunun 1-dən qüvvəyə minib.
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57