Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Səudiyyə Ərəbistanında "tac" virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Səudiyyə Ərəbistanında "tac" adlandırılan virusdan ölənlərin sayı 189 nəfərə çatıb. Bu barədə Trend Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Ölkədə "tac" virusuna yoluxanların sayı 571 nəfərdir.
Yeni təhlükəli virus ilk dəfə 2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında aşkar edilib. Hazırda virusa yoluxma halları Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada da qeydə alınıb.
Yoluxanlarda atipik sətəlcəmi xatırladan simptomlar müşahidə olunur.
İlk dəfə yeni virusun geni Erazm adına Niderland Tibb Mərkəzində kəşf edilib. Orada bu virusa hCoV-EMC (human Corona Virus-Erasmus Medical Centre) indeksi verilib.
"Tac" virusları ailəsinə aid olan viruslar (bu ad onlara səthində Günəş tacını xatırladan çoxsaylı şişlərin olmasına görə verilib) soyuqdəymədən atipik sətəlcəmə (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olurlar.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14