Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Ərdoğan artıq prezidentliyə rəsmən namizəd oldu

Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından Mehmət Əli Şahin qarşıdan gələn prezident seçkilərində namizədlərinin Rəcəb Tayyib olacağını rəsmən bəyan edib.

Şahin bildirib ki, son günlər namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşırdı. Qərara alındı ki, bütün bu fikrilərə son qoyulsun:

"Rəsmən bildirirəm ki, namizədimiz hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyasının 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”./axar/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
21.04.17, 16:04