Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Suriyada təkfirçilər 102 yaşlı qoca və onun ailə üzvlərini edam ediblər

Suriyada "İraq və Şamda İslam Dövləti" terror qruplaşmasının (DAİŞ) üzvləri ölkənin Homa əyalətində yerləşən Zanuba kəndinə basqın ediblər.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, qruplaşma silahlıları kənddə 102 yaşlı bir kişini və onun ailə üzvlərini edam ediblər.

Mənbənin məlumatına əsasən, ailə üzvləri ələvi soylu olduqlarına görə öldürülüblər.

Yeri gəlmişkən, SİHMQ bildirib ki, ötən gün Suriyanın Dirəzzur əyalətində DAİŞ–lə “ən-Nusra Cəbhəsi” arasında ciddi döyüşlər gedib və burada onlarla silahlı, o cümlədən 23 DAİŞ üzvü ölüb.
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"