Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

ABŞ "Taliban"ın 5 liderini azad edib

Əfqanıstanın "Taliban" hərəkatı üzvlərinin əlində olan yeganə ABŞ əsgəri ötən şənbə amerikalılara təhvil verilib.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, ABŞ hökuməti bunun müqabilində hərəkatın Quantanamo həbsxanasındakı mühüm beş liderini azad etməli olub.

"Taliban"ın lideri Molla Ömər ABŞ zindanlarındakı hərəkat üzvlərinin azadlığa buraxılmasını tarixi qələb sayıb və bu münasibətlə əfqanıstanlıları təbrik edib.

Bildirək ki, ABŞ Senatının nümayəndələri prezident Barak Obama və onun administrasiyasını bu addıma görə tənqid atəşinə tutublar. Bir çox Senat üzvləri bunu ölkə təhlükəsizliyinə vurulan zərbə hesab edib.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP