Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

İran və Küveyt arasında təhlükəsizlik müqaviləsi imzalanıb

Küveyt əmiri Şeyx Səbah əl-Əhməd əl-Cabirın Tehrana səfəri zamanı mühüm əməkdaşlıq sənədləri və müqavilələri imzalanıb.

Səfər çərçivəsində ümumilikdə altı sahədə - turizm, nəqliyyat, gömrük, ekologiya, idman və təhlükəsizlik sahələrində əməkdaşlıq müqavilələri imzalanıb ki, təhlükəsizliklə bağlı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Ekspertlərin fikrincə, İranla körfəzdəki ərəb ölkələri arasında olan gərginliyin getdikcə artdığı bir vaxtda rəsmi Tehranla rəsmi Küveyt arasında belə bir müqavilənin imzalanması bölgədəki siyasi proseslərə böyük təsir göstərəcək. Xüsusilə də, Küveyt dövlətinin Körfəz Əməkdaşlıq Şurasındakı mövqeyi nəzərə alınarsa, son səfər İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin azalmasına da öz töhfəsini verə bilər./SalamNews/
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 10:36