Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Krım hadisələri “Rusiya tarixi” dərsliyinə salınsın

Putin Krım haqqında məlumatları “Rusiya tarixi” dərsliyinə salınmasını tələb edib
Prezident Nazirlər Kabineti və Rusiya Tarix Cəmiyyətinə tapşırıb ki, yeni dərsliklər üzərində iş avqustun 15-dək tamamlansın

İnterAz-ın Rusiya bürosu xəbər verir ki, belə qərara Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi üzvləri ilə görüşü nəticəsində gəlinib və müvafiq məlumat artıq Kremlin saytında da dərc edilib.

Krımın və Sevastopolun Rusiya tarixində rolu barədə məlumatların məktəb dərsliklərinə daxil edilməsi məsələsi hələ cari ilin aprelində qaldırılmışdı. O vaxt Sevastopoldan olan ictimai fəal prezidentdən xahiş etmişdi ki, Krım və Sevastopol haqqında məlumatlar və onların tarixi rolu Rusiya tarix dərsliklərində əks olunsun. Vahid və ideoloji cəhətdən düzgün “Rusiya tarixi” dərsliyi haqda ideya isə Putin tərəfindən hələ 2013-cü ilin fevralında səslənmişdi.

Maraqlıdır ki, yeni dərslikdə ikinci çeçen müharibəsi barədə heç bir məlumat yoxdu. Yeltsinin dövrü isə çox qısa və yalnız bir islahatla qeyd olunub. Müasir siyasətçilərdən yalnız kommunistlərin lideri Gennadiy Zyuqanov və liberal-demokratların başçısı Vladimir Jirinovskiy göstərilib, digər siyasətçilərin adı belə çəkilməyib. “YUKOS”-un baş direktoru Xodorkovskinin adı isə dərsliyin yeni versiyasına daxil edilib. Mədəniyyət xadimlərindən dərslikdə İosif Kobzon var, lakin həmyerlimiz, dahi Mstislav Rostropoviç yoxdur. Bolotnaya və Saxarov meydanlarında müxalifətin kütləvi mitinqləri barədə də tarix kitabında heç bir şey yazılmayıb.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber