Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Leyla Yunusun vəkilindən bəyanat

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun dünən həbs ediləcəyi barədə xəbərlər yayılmışdı

Gün ərzində onun evinin qarşısında çoxlu sayda mülki geyimli şəxslər olmasına baxmayaraq, həbs əməliyyatı keçirilməmişdi.

Baş Prokurorluq Leyla Yunusla bağlı dünən açıqlama yaymışdı. Açıqlamada Leyla Yunusun qanunvericiliyi pozduğu, məhkəmə çağırışına gəlmədiyi göstərilmişdi.

Leyla Yunusun vəkili Xaliq Bağırov Baş Prokurorluğun 30 may 2014-cü ildə yaydığı açıqlama ilə bağlı bəyanat yayıb:

“Baş prokurorluğun qeyd olunan açıqlaması həqiqəti əks etdirmir.
29 mayda səhər saat 10 radələrində müstəntiq İbrahim Ləmbəranski mənə və Leyla Yunusa zəng vuraraq 2 saatdan sonra Leyla xanımı əlavə dindirmək istədiyini bildirdi.

L.Yunus İ.Ləmbəranskiyə deyib ki, bir şərtlə gələr, qanunsuz götürülmüş pasportları ona və həyat yoldaşına qaytarılsın.
Mən isə İ.Ləmbəranskiyə dedim ki, 29 may saat 12 radələrində məhkəmə ilə bağlı zatən prokurorluqda olacağam.
Həmin gün İbrahim Ləmbəranski L.Yunusa 30 may 14.30-da istintaqa çağırması barədə yazılı bildiriş göndərdi.

Arif Yunus 29 apreldən 30 maya kimi nə şifahi, nə yazılı qaydada istintaqa dəvət edilməmişdir. Hətta bizim tərəfimizdən istintaqa müraciət edilmiş, Arif Yunusun qanunvericiliyin tələbinə uyğun həkimin razılığı və iştirakı ilə ifadə verməyə hazır olduğu bildirilib.

Yanlız 30 mayda saat 12.30 radələrində İ.Ləmbəranski yenidən zəng vuraraq bazar ertəsi 02 iyun saat 10: 00-da Arif Yunusu səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün istintaqa çağırmışdır.

Nə Leyla Yunus, nə Arif Yunus ifadə verməkdən imtina etməyiblər və etmirlər ki, onların məsuliyyətindən söhbət getsin. Onlar yanlız qanunsuz olaraq götürülmüş pasportlarının geri qaytarılmasını tələb edirlər. Bunu açıq şəkildə mətbuatda ifadə ediblər

Qanunvericilik şahidlərin pasportlarının əlindən alınması və hərəkətlərinə məhdudiyyət qoyulmasını qadağan edir və Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun 2 maddəsinin kobud pozunutusudur.

Bundan əlavə bildirirəm ki, mən mayın 30-da hər hansı rəsmi xəbərdarlıq almamışam. Həmin xəbardarlığın məzmunu mənə aydın deyildir. Nümayəndəyə edilən xəbərdarlığ məndə ironik hisslər oyadır.

Baş prokurorluğun sözçüsü E.Sultanovun “bütün bu fikirlər “Leyla Yunusun xəstə təfəkkürünün məhsulu”, onun istintaqa təzyiq göstərmək və istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdlərinin nəticəsidir: Əslində isə Mətanət Əzizovanın ölkədən qaçmasını məhz Leyla Yunus təşkil edib” sözlərinə gəldikdə isə bildirim ki, bu vətəndaşın təhqir olunması və onun təqsirsizlik prezumsiyası hüququnun pozulmasıdır. Bu adamın məsuliyyətsiz açıqlamalarına görə Azərbaycan dövləti dəfələrlə Avropa Məhkəməsində cazalanıb.

Digər tərəfdən E.Sultanov Leyla Yunus barədə fikirləri onun təmsil etdiyi qurumun və onun rəhbərlərinin mövqeyidir. Bütün bunlardan sonra, bu qurum Leyla Yunus barədə qərəzsiz istintaq aparılacağana ictimayyəti necə inandıra bilər”./musavat/
1499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33