Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Suriyada daha üç azərbaycanlının öldürüldü

“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının üzvü olan azərbaycanlıların “Kürd PYD” qruplaşması ilə döyüşdə öldürüldüyü bildirilir

Suriyada daha üç azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb.

Suriyada vuruşan azərbaycanlı terrorçulardan edilən məlumata görə, Suriyanın Rasulayn bölgəsində “İraq Şam İslam Dövləti” silahlı qruplaşması ilə “Kürd PYD” (PKK) qruplaşması arasında baş verən şiddətli döyüşdə “İraq Şam İslam Dövləti” silahlı qruplaşması 10, “Kürd PYD” qruplaşması isə 70 nəfər itki verib.

“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının öldürülən üzvlərindən üçünün azərbaycanlı olduğu bildirilir. Onlar “Əbu Cəfər” ləqəbli Şəki sakini, “Abdu Şakir” ləqəbli Xaçmaz sakini və “Osman” ləqəbli azərbaycanlıdır.

Öldürülən azərbaycanlıların əsl kimliyi və meyitlərinin fotoları hələlik yayılmayıb.

Azərbaycanlı terrorçular adını açıqlamasalar da, öldürülən azərbaycanlılardan birinin fotosunu da təqdim ediblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...