Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Çörəksiz qalan məcburi köçkün

Kəlbəcərdən olan şəxs 7 ildir get-gələ salınır

Məcburi köçkün çörək pulu ala bilmir. Bayram Qasımov əslən Kəlbəcər rayonunun Qasımbinə kəndindəndir. Hazırda Tərtər rayonu 96 saylı peşə məktəbində məskunlaşıb. 2007-ci ildə ailə qurub və 2 övladı var. Günəmuzd qazandığı gəlirlə ailəsini dolandırmağa çətinliklə çatır.

O, dəfələrlə 7 ildir çörək pulu ala bilməməyi ilə bağlı Kəlbəcər rayon icra hakimiyyətində müraciət etsə də kömək göstərən olmayıb. “Yeddi ildir mənim başıma oyun açırlar. Sənədləri verən kimi deyir bir ay, iki ay gözlə. 7 ildir belə gözləyirəm. Dəfələrlə sovet sədrinə də müraciət eləmişəm”.

Kəlbəcər rayon Qasımbinə kəndinin icra nümayəndəsi Kamil Abdullayev isə şikayətçinin iddialarının əsasız olduğunu bildirdi. Onun sözlərinə görə, Bayram Qasımov valideynlərinin himayəsində olana qədər çörək pulu alıb. Lakin, sonradan uzun müddət respublikadan kənarda yaşadığından çörək pulu ləğv olunub. Məcburi köçkün olduğunu təsdiq edən sənədi isə 2011-ci ildə alıb. Bundan sonra özünün çörəkpulu da bərpa olunub. Uşaqlarının çörəkpulu almaması ilə bağlı məsələyə gəldikdə icra nümayəndəsi Bayram Qasımovun sənədlərinin 2 dəfə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə təqdim edildiyini bildirdi. Ancaq sənədlər natamam olduğu üçün geri göndərilib./ans/
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...