Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Qapanlı atəş altında

Ermənilər kənddəki evləri, işıq dirəklərini atəşə tutublar

Erməni silahlı birləşmələri Tərtər rayonunun ermənilərlə təmas xəttində yerləşən Qapanlı kəndini atəşə tutublar. Ermənilərin açdığı atəş nəticəsində kənddə yaşayan sakinlərin evlərinə ciddi ziyan dəyib. Ermənilərin atdığı güllərdən biri kənd sakini Natiq Quliyevin su çəninə dəyib. Ermənilər həmçinin kənddəki evlərin qapılarını da güllələyiblər. Sakinlərin sözlərinə görə, qarşı tərəf kənddəki işıq dirəklərini atəşə tutublar. Hazırda sakitlik hökm sürür.

Qeyd edək ki, ötən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 48 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb./ans/
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber