Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Küveyt əmiri Ali Dini Liderlə görüşüb

Tehranda rəsmi səfərdə olan Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın başçılıq etdiyi nümayəndə heyəti Ali Dini Lider Ayətullah Seyyid Əli Xameneinin qəbulunda olub.

"FarsNews" agentliyinin verdiyi xəbərə görə, görüşdə tərəflər qarşılıqlı əlaqələrlə yanaşı, İslam dünyasının üzləşdiyi prosesləri müzakirə ediblər.

Suriyadakı proseslərə toxunan Ayətullah Xamenei burada vuruşan təkfirçi qüvvələrin dəstəklənməsini pisləyib. O, radikal qüvvələrin nəinki suriyalılar üçün, hətta onları dəstəkləyənlərin özləri üçün də böyük bəla olacağını bildirib.

Şeyx əs-Sabah da öz növbəsində, Suriya münaqişəsinin tez bir zamanda danışıqlar yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləyib./SalamNews/


1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP