Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Sərxoş sürücü yaralı sürücünü döydü

Bakıda iki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb

Gecə saatlarında Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Hövsan-Zığ yolunun Qum adasına gedən hissəsində qeydə alınıb. 24 yaşlı Kamran Qasımov VAZ-2107 markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetməni itirən VAZ-2107-nin sürücüsü maşını yolun kənarında istifadəyə yararsız işıq dirəyinə çırpıb.

Nəticədə VAZ 2107-nin sürücüsü Kamran Qasımov ağır, VAZ-21099-da olan sürücü Füzuli Museyibov, onun sərnişini, 14 yaşlı Səkinə Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb və VAZ-21099-un sərxoş sürücüsü Füzuli Museyibov VAZ-2107-nin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxararaq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar. Sakinlər sakitləşmək bilməyən sərxoş sürücünü döyüblər.

Hadisə yerinə gələn polis əməkdaşları da sürücünü çətinliklə sakitləşdirə biliblər.

VAZ-2107-nin sürücünün vəziyyəti ağır olduğundan, 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün onlara ilkin tibbi yardım göstərilib.

Qəzanın səbəbinə gəlincə, hadisə yerində olan YPX-nin əməkdaşlarının sözlərinə görə, qəza VAZ-21099-un sürücüsünün avtomaşını içkili idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən baş verib./apa/
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı