Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

İspaniya parçalanır

İspaniyada referendum tələbi ilə minlərlə insan kütləvi mitinqlərə qatılıb

İspaniyada minlərlə insan küçələrə çıxaraq respublika üsul-idarəsinə keçidlə bağlı referendumun keçirilməsini tələb edib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, ən izdihamlı nümayişlər Madrid və Barselonada baş tutub.

Artıq üç siyasi partiya etirazçıların tələbinə qoşulub. Referendum tələbi ilə mitinqlər tək İspaniyada deyil, Avropa və Latın Amerikasının 30 şəhərində baş tutub.

Qeyd edək ki, İspaniyanın kralı Juan Carlos taxt-tacdan imtina etdikdən sonra, yeni kral onun oğlu vəliəhd şahzadə Felipe olmalıdı. 76 yaşlı Juan Birinci Carlos de Burbon 1975-ci ildən İspaniya monarxı idi.
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21