Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Fransada cihada çağırış edən 4 nəfər həbs olunub

Əməliyyatların Brüsseldə yəhudi muzeyində törədilən kütləvi qətliamla əlaqədar olmadığı qeyd edilib

Fransa polisi Suriyada cihadçı qüvvələrə qoşulmaq üçün səfərbərlik elan edən 4 nəfəri həbs edib. Reyd əməliyyatları paytaxt Paris ilə yanaşı ölkənin cənub rayonlarında da baş tutub. Daha bir nəfər isə, Belçikada saxlanılıb. Fransa kütləvi informasiya vasitələri cihadçılara qarşı keçirilən əməliyyatların Belçikanın paytaxtı Brüsseldə yəhudi muzeyində törədilən kütləvi qətliamla əlaqədar olmadığını qeyd edib.

Bir qədər əvvəl Marseldə saxlanılan 29 yaşlı Fransa vətəndaşı Mehdi Nemuşşa isə, yəhudi muzeyinə edilmiş qanlı hücumda şübhəli bilinir.

Hücum zamanı 3 nəfər ölmüş, bir nəfər yaralanmışdı.

Fransanın daxil işlər naziri Bernar Kaznöv ölkədə cihadçılıq təbliğatı aparan radikal qruplara qarşı sərt şəkildə mübarizə aparacağını bildirib.

"Terrorçulara qarşı mübarizə təkcə, Fransada deyil, bütün Avropada fasiləsiz şəkildə aparılacaq. Biz bu əməliyyatları icra etmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik" - deyə nazir qeyd edib.
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı