Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

"Gəzi Parkı" etirazçılarına 98 ilə qədər iş düşür

Sözügedən şəxslər arasında «qırmızı fulyarlı qız» kimi tanınan Ayşe Dəniz Karacagilin də adı var.

Türkiyənin Antalya vilayətində Gəzi Parkı etirazları zamanı zorakılıq törətdiyi üçün həbs olunan 5 nəfərə 11 ildən 98 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Məlumata görə, sözügedən şəxslər arasında "qırmızı fulyarlı qız" kimi tanınan Ayşe Dəniz Karacagilin də adı səslənir. Müttəhimlərin işinə dair iyun ayının 12-sindən başlayaraq dinləmə prosesi başlayacaq.

Müttəhimlər "ictimai əmlaka zərər yetirmək", "dövlət xidmətçilərinə qarşı müqavimət göstərmək", «azad toplaşmaq və mitinq qanunlarına zidd hərəkət» və «terror təşkilatına üzv olmaq» maddələri ilə ittiham olunurlar.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12