Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Ukraynada döyüş gedir

7 hərbçinin yaralandığı, bir silahlının isə öldürüldüyü xəbər verilir

Ukraynanın şərqindəki Luqansk vilayətində rusiyayönümlü üsyançılarla Luqansk sərhəd xidmətinin hərbçiləri arasında gecə saatlarında başlanan silahlı toqquşma davam edir.

100-ə yaxın silahlı sərhəd xidmətinə hücum edib. Uzun müddət davam edən atışma nəticəsində 7 hərbçinin yaralandığı, bir silahlının isə öldürüldüyü xəbər verilir. Daha sonra silahlıların hucumu bərpa olunub. Bəzi məlumatlara görə, sərhədçilərin yardımına hərbi təyyarələr gəlib.

Xatırladaq ki, ötən həftə rəsmi Kiyev Luqanskda və Donetskdə sərhədlərin möhkəmləndirilməsi üçün əlavə hərbi qüvvələrin cəlb olunacağını bəyan etmişdi.
1529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP