Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Hərbidə son 5 ayın dəhşətli statistikası

Cəsur Sümərinli: “Onlardan 27-si isə qeyri-döyüş itkiləridir...”

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi KİV üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 38 nəfər təşkil edib.

Məlumatı Doktrina” JHAM direktoru Cəsur Sümərinli verib. Onun sözlərinə görə, ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb: “Müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si isə qeyri-döyüş itkiləridir. 6 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 4 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.

Cəsur Sümərənli bildirib ki, yaralanlıların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
1693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber