Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Snouden: ABŞ rəsmiləri 11 sentyabr hadisəsindən xəbərdar idi

Amerikalı agent, keçmiş CIA üzvü Eduard Snouden şok iddia ilə çıxış edib. Snouden ABŞ rəsmilərinin 11 sentyabr hadisəsinin baş verəcəyindən əvvəlcədən xəbərdar olduqlarını iddia edib.

Məlumata görə, “NBC” telekanalında Brian Uilyamsın suallarına cavab verən Snouden Boston marafonunda baş vermiş faciə barədə danışıb. Bu barədə 4 saat danışan Snouden Boston hadisələrini törədənlərin adlarının daha əvvəl rus agentlər tərəfindən ABŞ rəsmilərinə bildirildiyini, amma buna qarşı tədbir görülmədiyini deyib.

“Agent proqramlarımızda ən böyük problem, bizim başımız çıxmayan saman tayasının üstünə bir az da saman qoyulmasıdır. Burdakı saman tayası Amerikada yaşayan vətəndaşların həyatıdır. Bu cür prooqramlar əgər bizim təhlükəsizliyimizi təmin etmirsə və məlumatlı olduğumuz mövzular barədə bəzi əlaqələri gözdən qaçırmağımıza səbəb olursa ölkəmizi belə qorumağımız doğrudurmu?”

11 sentyabr terror hadisələri barədə də danışan Snouden rəsmi Vaşinqtonun bu barədə də əvvəldən ətraflı məlumata sahib olduğunu idda edib.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber