Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

03 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
İyunun 03-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqnin xeyli tərəddüdü, iyunun 03-ü axşam və 04-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Xəbərdarlıq
İyunun 05-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
İyunun 03-də axşam və 04-də gecə və səhər şimal küləyinin güclənəcəyi gözlənilir.
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber