Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Rusiya AŞPA ilə əməkdaşlığı dayandırıb

Moskva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirakdan və AŞPA ilə əməkdaşlıqdan müvəqqəti imtina edib.

Bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
O qeyd edib ki, Rusiyanın AŞPA ilə əməkdaşlıqdan imtinası müvəqqəti xarakter daşıyır.

“Biz AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Biz assambleya ilə müvəqqəti olaraq əməkdaşlığı dayandırmışıq”, - deyə o vurğulayıb.

A.Puşkov bildirib ki, Rusiya nümayəndə heyətində qarşı sanksiyalar aradan qaldırılmayanədək AŞPA ilə əməkdaşlıq bərpa olunmayacaq.
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16,