Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Cənubi Osetiya da Rusiyaya birləşdirilir

Leonid Tibilov: "Yeni parlament Cənubi Osetiyanın Rusiyaya birləşmək üçün rəsmi Moskvaya müraciət edə bilər"

"Bizim Rusiya ilə sıx əlaqələrimiz var. Cənubi Osetiya Rusiyanın tərkibinə qatıla bilər. Hazırda bununla bağlı işlər gedir".

Bunu qondarma Cənubi Osetiya respublikasının prezidenti Leonid Tibilov deyib. Onun sözlərinə görə, Cənubi Osetiya Rusiyaya inteqrasiya istiqaməti üzrə görülən işləri sürətləndirib.

“İnteqrasiya Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılmaq üçün ciddi mərhələlərdən biridir. Rusiyaya birləşmək hər birimizin istəyidir. Əvvəllər də demişəm ki, biz Rusiya ilə vahid şəkildə olmalıyıq. Bu tarixi an baş tutmalıdır”, Leonid Tibilov bildirib.

Cənubi Osetiyanın Rusiyaya hansı yolla birləşdirilməsinə gəlincə, L.Tibilov deyib ki, parlamentdə əksər deputatlar bunun referendum yolu ilə həyata keçirilməsini təklif edir: “Yeni parlament Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılması ilə bağlı rəsmi Moskvaya müraciət edə bilər”.

Qeyd edək ki, bu ay qondarma Cənubi Osetiya respublikasında parlament seçkiləri keçiriləcək./ans/
1517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı