Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Çeçenlərlə azərbaycanlılar arasında qanlı dava

Hər iki tərəfdən ölənlər olub

Rusiyanın Tümen vilayətində çeçenlərlə azərbaycanlılar arasında kütləvi dava olub.

Çeçenlərdən ibarət bir qrup Tümendə olan azərbaycanlılara məxsus “Bakı” kafesində yeyib-içiblər.

Sifariş haqqını ödəməyə gəlincə, çeçen müştərilər bunu plastik kart vasitəsilə həyata keçirmək istəyiblər. Kafedə isə post terminal olmayıb.

Çeçen müştərilər buna kəskin etiraz edib, ofisiantın üstünə qışqırıblar. Söhbətə Atəş Qurbanov adlı azərbaycanlı qarışıb. Nəticədə dava düşüb. Davada bıçaqlardan istifadə edilib.

Azərbaycanlılardan biri yaralanıb. Onu yaxınları şəxsi avtomobili ilə xəstəxanaya aparsalar da o, dünyasını dəyişib. Bu isə azərbaycanlıların xəstəxanada kəskin etirazına səbəb olub.

Hər iki tərəfdən dava salanlar hələlik saxlanılmayıb./ans/
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...