Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Öcalan PKK-nın oğurladığı uşaqlardan danışdı

PKK terror təşkilatının lideri Abdullah Öcalan qaçırılan uşaqlarla bağlı məsələyə münasibət bildirib.
Avropa.info-nun məlumatına görə, keçən gün HDP heyəti Öcalanla görüşməyə İmralı həbsxanasına gedib.

Öcalan "Dağa qaçırılan uşaqlar", "Təhlükəsizlik işçiləri oğurlandı", "PKK yolu kəsdi" kimi başlıqla gedən xəbərlərə münasibət bildirib.

Öcalan bildirib ki, "problemin həlli prosesi"ni təhlükəyə atmaq olmaz və ehtiyatlı davranmaq lazımdır. Terrorçuların lideri uşaqların silahlardan və döyüş bölgəsindən uzaq tutulmasını tövsiyə edib. İstəyənlərin isə ailələri ilə görüşməyə icazə verilməsini söyləyib: "Əgər ailələri ilə görüşdükdən sonra dağda qalmaq istəməsələr evlərinə getməyə imkan verilməlidir".

Öcalanın məsələyə münasibəti yaxın zamanda ictimaiyətə təqdim olunacaq.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber