Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Azərbaycanlı gənc sosial şəbəkədə "cihad" çağrışı etdi

Azərbaycanlı gənc sosial şəbəkədə "cihad" çağrışı etdiSon vaxtlar sosial şəbəkələrdə Suriyaya “cihad” çağırışlarının sayı artıb

İş o yerə çatıb ki, hətta çağırışlar açıq nömrələrlə reklam olunur. Bu barədə oxucular asnpress-ə şikayətlərində bildirib. Bildirilib ki, “Facebook” sosial şəbəkəsində Lezgin Ağayev profili ilə qeydiyyatdan keçən şəxs, burada gəncləri döyüşlərə səsləyir.

Hətta yazışmaların birində istifadəçi mobil nömrələr yazaraq, Suriyaya getmək istəyənləri həmin nömrələrlə əlaqə yaratmağa dəvət edir.

“Salam əxilər. Suriyaya getmək istəyənlər zəng eləsin”, - deyə mesaj qeyd olunub. Qeyd olunan nömrələrlə əlaqə yaratmağa çalışdıq. Nömrələrdən birilə əlaqə yarada bildik. Həmin şəxs özünü Orxan kimi təqdim etdi. O, bildirdi ki, əslində bu bir təxribatdır. Onun nömrəsini tanışlarından biri yazıb. Onun Suriya ilə heç bir əlaqəsi yoxdur. “Facebook” profilindən isə xəbərsiz olduğunu əlavə etdi.

Maraqlıdır ki, həmin şəxslə danışıqdan sonra, sosial şəbəkədəki həmin profil silindi. Sonradan isə telefon nömrələrinə cavab verən olmadı. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun anspress-ə verdiyi məlumata görə, bu barədə onlara heç bir məlumat daxil olmayıb. Rəis müavininin sözlərinə görə, hazırda Azərbaycanda ictimai əsayiş nəzarət altındadır.

“Hüquq-mühafizə orqanları ictyimai əsayişi qoruyur. Azərbaycanda baş verə biləcək hər hansı bir təxribatın qarşısı alınacaq”, - deyə Ehsan Zahidov vurğulayıb.
1654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber