Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Terror təşkilatının "ölüm siyahısı"

Terror təşkilatının "ölüm siyahısı"PKK terror təşkilatının "ölüm siyahısı"nda olan 8-cı adam da cinayət qurbanı olub

Türkiyənin cənub-şərqində və şərqində meşəbəyilər ard-arda öldürülür. Anadolu bölgəsində PKK-ya qarşı mübarizə aparan meşəbəyilər PKK-nın törətdiyi cinayətlərdən narahatdır.

Dünən Mardində meşəbəyi Mehmet Uğurtay öldürülüb. Bu meşəbəyilərinə qarşı son dövrlərdə baş verən 8-ci qətldir. Meşəbəyi qətlləri son 6 ayda daha da artıb.

Keçən ilin may ayında PKK tərəfindən oğurlanan meşəbəyindən isə bu günə qədər xəbər yoxdur.

Osmaniyə vilayətindən seçılmış millət vəkili Həsən Türkoğlu "Meşəbəyilər PKK qatillərinin əlindəki siyahı ilə bir-bir öldürülür. Təhlükəsizlik qüvvələri, Milli Kəşfiyyat da bu siyahıdan xəbərdardır"-deyib.

Meşəbəyi Federasiyası kordinatoru Ata Altın da PKK-nın "ölüm siyahısı" hazırladığını bildirərək "PKK meşəbəyilərin evlərinə ölümlə təhdid edən məktub yollayır. Dövlətimiz meşəbəyilərə sahib çıxmalıdır"-deyib.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP