Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Moskvadakı “İzmaylov” bazarının azərbaycanlı sahibi həbs edildi

Moskvada yerləşən “İzmaylov” bazarı kimi tanınan “İzmaylov” Kompleks Qapalı Səhmdar Cəmiyyətinin sahibi Aydın İsayev həbs edilib.

Bu barədə Lent.az-ın Moskvaya ezam edilmiş müxbiri məlumat verib. Onun sözlərinə görə, A.İsayev iqtisadi cinayətkarlıqda ittiham edilir.

Əməkdaş bildirib ki, dünən “İzmaylov” Kompleksinə gələn Moskva polisinin əməkdaşları Aydın İsayevlə yanaşı, səhmdar cəmiyyətin baş mühasibini də həbs ediblər.

A.İsayev miqrantların qeyri-qanuni əmək fəaliyyətinə cəlb edilməsində təqsirləndirilir.

Məlumata görə, “OMON”-çular dünən eyni zamanda səhmdar cəmiyyətin yaxınlığında yerləşən və A.İsayevə məxsus olduğu bildirilən “Bilyard kafe”ni də bağlayıblar.
1958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
11.07.18, 11:42
GƏNCƏDƏN OLAN SON VİDEO
Go to TOP