Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Hüquq müdafiəçisi Rəbiyyət Aslanovanın cavabını verdi

Leyla Yunus: «Sülh və Demokratiya İnstitutu heç vaxt dövlət qurumlarına bu məsələ ilə bağlı müraciət etməyib və etməyəcək də»

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova prezidentin sonuncu əfv sərəncamından sonra hüquq müdafiəçilərinin narazılıqlarına münasibət bildirib.

Millət vəkili əfv olunmanın hansısa hüquq müdafiəçilərinin istəyilə həyata keçirilmədiyini deyib. Onun sözlərinə görə, siyahılar müxtəlif ola bilər. O siyahılarda olan insanlar sadalanan kriteriyalara cavab verməyə bilər.

R.Aslanova bildirib ki, hüquq müdafiəçilərinin müxtəlif siyahılar təqdim etməsi və bununla əlaqədar olaraq narazılıqlar bildirməsi düzgün deyil.

Deputatın bu açıqlamasına münasibət bildirən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda əfv sərəncamlarının mövcud vəziyyəti dəyişmədiyini deyir.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rəbiyyət Aslanova kimlərin onlara hansı siyahı verdiyini açıqlamalıdır.

L.Yunus rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun siyasi məhbusların siyahısını heç vaxt gizli saxlamadığını qeyd etdi: «Sülh və Demokratiya İnstitutunun əsas iş qaydaları şəffaflığa əsaslanır, bizdə heç bir sirr yoxdur. Bizim siyahımız hamı üçün əlçatandır, həmişə saytımızda açıq qalır. Orda təkcə adlar deyil, həm də bu adamların hansı işlərə görə cinayət məsuliyyətinə cəlb edildiyi göstərilir. Həmçinin Sülh və Demokratiya İnstitutunun rəyi var ki, biz nəyə görə bu işləri saxtalaşdırılmış hesab edirik və bu insanların günahları sübuta yetirilməyib. Biz həmişə bütün bu məlumatları geniş yayırıq».

Hüquq müdafiəçisi gizli siyahıların əleyhinə olduğunu da qeyd etdi. O, Sülh və Demokratiya İnstitutunun

heç vaxt dövlət qurumlarına bu məsələ ilə bağlı müraciət etmədiyini də vurğuladı: «Heç vaxt heç bir dövlət strukturuna müraciət etməmişəm və müraciət etməyə də hazırlaşmıram»./azadlıq/
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı