Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Cəmiyyətimizdə din alimləri riyakar olsa...

Son zamanlar cəmiyyətdə bəzi din alimlərinin fəaliyyəti birmənalı qarşılanmır. İlahiyyatçı-yazar Fizuli Şəfiyev öz feysbuk səhifəsində bu məsələyə münasibət bildirib:

“Hər kəs xislətində olanı öz "hakimiyyəti" çevrəsində büruz etdirir, ortaya qoyur. Bir insan zalımdırsa, öz zülmünü gücü çatdığı, əli yetdiyi kəslər üzərində tətbiqə çalışır. Məsələn, evdə gücü çatan arvad-uşaqdırsa, basıb onları əzir. Arvad-uşaq da yoxdursa, həyətdəki pişiyə bir təpik ilişdirməlidir.

Amma danışanda zalımları pisləyir. Deyir, filan məmur gör xalqa necə qan uddurur?! Daha xəbəri yoxdur ki, həmin adamın yerində özü olsa, ondan betər olardı (yaxşı ki, onun yerində deyil). Adam var manapoliyadan və manapolistlərdən şikayətlənir. Amma özü dükan işlədir, yanında gətirib biri dükan açanda narahat olur. Arzusu da budur ki, bu malı ondan başqa heç kim həmin məkanda satmasın, hələ imkanı olsa, ondan başqa heç kim bu malın satışı ilə məşğul olmasın. Eşidəndə ki, filankəs də bu sahə ilə məşğuldur, narahatçılıq keçirir. Bu bəlaya alimlərimiz də giriftardır. Oxuyub, gəlib bir məsciddə yerləşir. Eşidəndə ki, filankəs də filan yerdən oxuyub bu tərəflərə üz tutacaq, kürkünə birə düşür. Özü böyüyə bilmir, özündən böyüyünün də həmin ətrafda görsənməsini arzulamır. Tanıdığım bir alimnüma vardı. Özü bir dəfə etiraf edib deyirdi ki, eşidəndə ki, filankəs 15 ildir təhsil alır o tərəfdə və qayıdacaq bu tərəflərə, öz-özümə dedim, daha biz gərək şələ-şüləmizi yığışdırıb gedək burdan. Bəzi alimlər də varlıqlarını bildirmək, güclərini göstərmək üçün qalmaqala üz tuturlar. Eynən gündəmdə olmaq istəyən bəzi müğənnilər kimi”.


Toğrul
Birlik.az
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP