Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Etirazçılar Luqanskda hərbi hissəni ələ keçirdiklərini elan ediblər

Etirazçı qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, məlumata əsasən, hərbi hissədə olan bütün hərbçilər təslim olub. “Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır”, deyə mənbə bildirib.

Etirazçının sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.

“UNN” agentliyi etirazçılar arasında da itkilərin olduğunu bildirib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, etirazçılar arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri öldürülüb.

Qeyd edək ki, bir neçə saat əvvəl 300-dək silahlı etirazçı Ukrayna Milli Qvardiyasının milis alayını mühasirəyə alaraq hərbçilərdən təslim olmalarını tələb ediblər. Hərbçilərin etirazına cavab olaraq etirazçılar hərbi hissəni qumbaraatan, minaatan, pulemyot və avtomat silahlardan atəşə tutublar. Bir neçə saat davam edən qızğın döyüş zamanı hərbi hissədə güclü yanğın baş verib.
Ukraynanın rəsmi qurumları hələlik məlumatı təsdiqləməyib.
1402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP