Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

NATO yeni təhlükəsizlik problemilə üzləşib

"Ukraynadakı böhran bir sıra təhlükəsizlik problemlərini artırıb və vəziyyət getdikcə nəzarətdən çıxır"

Rusiyanın Ukraynaya qarşı aqressiyası səbəbindən NATO yeni təhlükəsizlik problemilə üzləşir. Bunu NATO-nun Baş katibi Anders Foq Rasmussen Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib.

Rasmussenin sözlərinə görə, Ukraynadakı böhran bir sıra təhlükəsizlik problemlərini artırıb və vəziyyət getdikcə daha çox nəzarətdən çıxır. NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin 2 gün davam edəcək görüşündə əsas müzakirə mövzusu Rusiyanın yeni hərbi imkanlarına və onlardan istifadə etmək niyyətinə reaksiya verməyin yolları olacaq.

Görüşdən qabaq keçirilən brifinqlərdə NATO-ya üzv ölkələrin nümayəndələri Rusiya ilə yaxın olan NATO ölkələrinin hərbi arsenalının toplanmasının da müzakirə ediləcəyi bildirilib.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz