Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Rövnəq Abdullayevin "nurçu"larla gizli maliyyə əlaqələri ifşa olundu

Rövnəq Abdullayevin "nurçu"larla gizli maliyyə əlaqələri ifşa olundu Bir neçə gün əvvəl informasiya verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev vəzifəsindən alına bilər

İndi isə bu istiqamətdən yeni informasiyalar daxil olub.

Redaksiyamızı məlumatlandıran hökumət içindəki etibarlı mənbənin iddialarına görə, ARDNŞ şefinə qarşı hərəkətdə olan qüvvələr Rövnəq Abdullayevin əleyhinə çox ilginc bir faktı birbaşa olaraq birincinin masasına qoyublar.

Mənbənin söylədikləri: «Rövnəq Abdullayev əslində prezidentin yeni komandasında özünə yer tutmuş bir fiqur idi. Lakin o, özünə olan etimadı itirib. Necə ki, «nurçu» ittihamı ilə vəzifəsindən alınan Elşad İsgəndərov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyində iki ildən artıq qala bilmədi, eləcə də Rövnəq Abdullayevin prezident komandasındakı mövqeləri kifayət qədər oynaqdır».

Məlumatı verən qaynağın iddialarına görə, ARDNŞ şefinin hazırda Azərbaycanda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sifarişi ilə hədəfə çevrilən Fətullah Gülən tərəfdarları ilə şübhəli maliyyə əlaqələri ifşa olunub. Hələlik bu əlaqələrin detalları ilə bağlı bilgi verilməsə də, xəbəri verən qaynaq iddia edir ki, Rövnəq Abdullayev gülənçilərlə yanaşı, öz yaxınlarına da böyük miqdarda pul qazandırıb ki, bu da «yuxarıların» ürəyincə deyilmiş…./dia/
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26