Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

«Pula görə hər şeyə göz yumurlar»

Komitə sədrindən acgözlük etirafı

Ramiz Həsənov: «Pula görə hər şeyə göz yumurlar»

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yay mövsümündə sərinləşdirici içki istehsalı müəssisələrində yoxlamalar aparacaq. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədri bildirib ki, rəhbərlik etdiyi qurum nə vaxt və hansı müəssisələrdə monitorinq aparacağı ilə bağlı Ədliyyə Nazirliyinin reyestr xidmətinə məlumat təqdim edib: “Monitorinqlər qazlı və qazsız su istehsalı müəssisələrini əhatə edəcək. Vətəndaşların müraciətinə əsasən, plandan kənar da belə monitorinqlərin aparılması mümkündür. Digər tərəfdən, biz özümüz ticarət şəbəkələrindən məhsulları alır, onların keyfiyyətini laboratoriyalarda yoxlayırıq. Bu zaman hər hansı problem ortaya çıxırsa, o halda Ədliyyə Nazirliyinin reyestrindən çıxarış alıb, həmin müəssisədə yoxlama aparırıq. Təəssüf, elə insanlar var ki, pula görə hər şeyə göz yumur, pis şəraitdə məhsul istehsal edirlər. Biz də belə istehsalçıları ifşa etməyə çalışırıq”.

Istehlakçıların hüquqlarının müdafiəsilə məşğul olan Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, sivil ölkələrdə cəmiyyətdə, iqtisadiyyatda belə problemlər olanda bunun kökünü qanunlarda axtarırlar. Istehlakçı hüquqlarının müdafiəsilə bağlı qanunlarda da bir xeyli boşluq və ziddiyyətlərin olduğunu deyən Eyyub Hüseynov bu barədə dövlət başçısına açıq məktub yazıb: “Ölkədə istehlakçıların hüquqlarının qorunması siyasəti zəifdir. Bu sahədə anarxiya hökm sürür. Baxmayaraq ki, ”Qosstandart" yeni-yeni standartlar, məsələn, məktəb bufetləri, dönərlərin, şadlıq evlərinin standartını yaradır və onu tətbiq etməyə çalışır, bəs onlar tətbiq olunurmu?! Burada istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. Istehlakçıların gündəlik tələbat malı olan qidanın təhlükəsizliyi məsələsinə isə ümumiyyətlə, diqqət yetirilmir".

E.Hüseynov Avropa Ittifaqının təhlükəli qidanın qarşısını almağa operativ reaksiya verən mexanizm hazırladığını vurğulayaraq, Azərbaycan hökumətinin istehlakçıların qayğısına qalmaqda tənbəllik etdiyini vurğulayır: “Bu sahədə problemlər yetərincə olsa da, hökumət irəliyə doğru addımlar atmaq istəmir”./azadlıq/
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber