Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Şəhid ailələri Hərbi Prokurorluğu saxtakarlıqda ittiham etdilər

“Atəşkəs dövründə həlak olan əsgərlərin hüquqlarının müdafiəsinə dəstək” İctimai Birliyi bu gün RATİ-də mətbuat konfransı keçirib.

Birliyin sədri Bəyalı Əzizov bu sahədə problemlərin qaldığını, ən əsası isə əsgərlərin müəmmalı ölümlərinin davam etdiyini vurğulayıb. Bu müəmmalı ölümlərin davam etməsinə səbəb kimi baş vermiş ölümlərin obyektiv və ədalətli araşdırılmaması göstərilib. Baş verən ölümlərlə bağlı ölkə Hərbi Prokurorluğu cinayətlərin üstünü açmaqda maraqlı olmamaqda, əsassız itithamlarla cinayətin motivini gizlətməkdə ittiham edilib. Belə ədalətsizlik, yalan ittihamlarla üz-üzə qalan bir sıra valideynlər haqsızlığa dözə bilməyərək dünyalarını dəyişiblər.

Mətbuat konfransında kütləvi ölümlərlə müşayiət edilən 2010-cu ilin Daşkəsən, 2011-ci ilin Murov hadisələrinin səbəblərinin hələ də açılmadığı qeyd edilib. Bəzi valideynlərin əksər hallarda əsgər ölümlərinin daxili orqanların satılması məqsədilə törədildiyini iddia ediblər. Bir qisim ölümlərə səbəb kimi hərbi hissənin daxilində törədilən zorakılıqlar səbəb göstərilib. Bəzi hallarda bu ölümlərə idarələrarası maraqların toqquşması səbəb olub.

Hərbi Prokurorluqdan dövlət başçısına qədər bütün instansiyalara müraciət etdiklərini deyən valideynlər hər yerdə biganəlik və laqeydliklə rastlaşdıqlarını söyləyiblər. Dövlət səviyyəsində belə biganəliklə rastlaşdıqlarını deyən valideynlər əsgər ölümlərinə etiraz olan kütləvi aksiyalarda iştirak etdiklərini bildiriblər. Burada da polis özbaşınalığına tuş olmalarından danışıblar. Bu il avqustun 18-də keçirilən aksiyada əsgər ölümlərinə etiraz etdiklərinə görə şəhid əsgər analarının polisin qaba davranışına, söyüşlərinə məruz qaldıqlarını deyiblər. “Bəzilərimizin övladlarının ölümündən üç il, iki il, bir ilin keçməsinə baxmayaraq, hələ də bilmirik ki, bu uşaqlar nəyin qurbanı olublar, niyə öldürülüblər?”, - Daşkəsən hadisələrində həlak olan Sadiq Məmmədovun anası qeyd edib.

Şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli isə bu ölümlərin siyasi səbəbli olduğunu deyib. Onun fikrincə, bu hakimiyyət dəyişməyənə kimi müəmmalı əsgər ölümlərinin qarşısı alına bilməz.

Son olaraq birlik əsgərlərə şəhid statusunun verilməsini, adlarının əbədiləşdirilməsini, onlara aid sığorta vəsaitlərinin ödənilməsini, həmçinin İctimai Birliyin dövlət qeydiyyatına alınması tələblərini irəli sürüblər./virtualaz
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi