Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq - Fotolar

Bakıda qalmaqallı villanın sahibi axtarılır; Qanunsuz tikildiyi bildirilən yol ötürücüsünü inşa etdirənlər arasında Bakının sabiq prokuroru ilə “Lider Kola”nın sahibinin adları çəkilir

Hadisədə adı hallandırılan deputat isə “bu işin mənə aidiyyəti yoxdur” dedi; qalmaqallı olaya dair bütün təfsilatlar bu yazıda
İyunun 2-də axşam saat 18:40 radələrində Səbayel rayonu ərazisində, Bakı-Salyan şossesində “MAZ” markalı yükqaldırıcı kranın yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid uçdu. Nəticədə əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov yaralandı.

Hadisə nəticəsində Bakı-Salyan yolu saatlarla bağlı qaldı. Keçid isə tamamilə yararsız hala düşdü. Qəza nəticəsində yoldan keçən “Niva” markalı avtomobilin sürücüsü də xəsarət aldı. Bakı-Salyan şossesində uzun tıxac yarandığından hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin və “Azəryolservis”in əməkdaşları cəlb olunublar. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “Trend”ə açıqlamasında bildirib ki, gecədən səhər saatlarınadək hadisə yerində olub: “Ərazidə dörd qaldırıcı kran var idi. Bunlardan ikisi 70 ton yükgötürmə qabiliyyətinə malik idi, biri 50 ton, digəri isə 25 tonluq idi. 

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq

Bu dörd kranın olmasına baxmayaraq, həmin o piyada keçidini yolun hərəkət hissəsindən kənarlaşdırmaq çox çətin oldu. Ona görə də piyada keçidi qaynaq aparatı ilə dörd hissəyə bölündü və təzədən hadisə yerinə 130 ton yükgötürmə qabiliyyətinə malik olan kran gətirildi. Bu kranların hesabına keçidin hər bir hissəsi ərazidən kənarlaşdırıldı. Bundan sonra əraziyə başqa texnikalar, yükləyicilər cəlb olundu və yolun hərəkət hissəsində olan metal və beton qalıqların hamısı yükləyicilər vasitəsilə maşınlara doldurularaq götürüldü, ərazi təmizləndi. Əgər 130 ton yükgötürmə qabiliyyətinə malik kran olmasaydı, onu kənarlaşdırmaq mümkün olmazdı”.

Mətbuat xidmətinin rəhbəri ona da əlavə edib ki, piyada keçidi “Azəryolservis” ASC-nin balansında olmayıb. Keçid ərazidəki istirahət mərkəzlərindən birini dəniz sahili ilə birləşdirib.

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, piyada keçidi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan “Grand park” yaşayış kompleksinə aiddir. Piyada keçidinin girişi və çıxışı istirahət mərkəzinə açılıb. Yaşayış kompleksi “EL&EN” layihə şirkəti tərəfindən layihələndirilərək tikilib. Şirkətin rəsmi internet saytında bu yaşayış və istirahət mərkəzi haqqında qısa məlumat verilib: “Grand Park -3" şəhər mühitində yaşayış vadisinin yaradılması ideyasının davamıdır. Şıxov yamaclarında kaskad şəklində yerləşən kottec tikilisi Salyan yolunun xarici görünüşünü formalaşdırır və istirahət zonalarının, mehmanxanaların, çimərliklərin və yaşayış evlərinin binalarını uğurla tamamlayır. Kompleks müxtəlif demoqrafik həcmli dörd cür kotteclərdən ibarətdir. ”Grand Park - 2"də olduğu kimi burada da çoxmənzilli “Sosial evin” yerləşdirilməsi nəzərdə tutulub. 

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq

Əla rahatlıqla birgə müasir memarlıq formaları Şıxov sahilinin bir zamanlar tərk edilmiş qayalı yamaclarında çox komfortlu yaşayış tikilisini yaratmaq imkanı verir".
Məlumat üçün bildirək ki, “EL&EN” layihə şirkəti “Şöhrət” ordenli Elbay Ənvər oğlu Qasımzadə və oğlu Ənvər Qasımzadə tərəfindən təsis olunub. 16 ildir ki, şirkət Bakı və Azərbaycanın digər şəhərlərində yaşayış və ictimai binalar üçün layihələr hazırlayır. Həyata keçmiş layihələr arasında “Natavan- biznes mərkəzinin”, “Park-Rezidans”, “Bulvar-Palace”, “Grand Park - 1,2,3", ”Saatlı Qüllə" (Atkins şirkəti ilə birgə) yaşayış komplekslərinin, Şəhidlər Xiyabanında “Əbədi Məşəl”, heykəltəraş Y.Orexovla birgə A.S.Puşkinin heykəli, akademik Zərifə Əliyevanın monumentini və onun adına parkı (heykəltəraş O.Eldarovla birgə) və başqa abidələrin adlarını çəkmək olar. 

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq

Sözügedən şirkətlə əlaqə saxladıq. Məlumat bürosundan bildirdilər ki, müştərilər barədə heç bir məlumat verilmir: “Bizim şirkət sifariş əsasında işləyir. Biz yalnız tikiləcək obyektin layihəsini və maketini hazırlayırıq. Müştərilərimiz barədə məlumat verə bilmərik”.
“Qafqazinfo”nun məlumatına görə isə “Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş.Rzayev 1994-1998-ci illərdə Bakı şəhər prokuroru vəzifəsində çalışıb. Ş.Rzayev deputat Rövşən Rzayevin atası olub. 

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq

Ş.Rzayev bir neçə il əvvəl vəfat etsə də, “Grand Park”ın mülkiyyət sənədlərində heç bir dəyişiklik edilməyib və hazırda da mərkəzin hüquqi sahibi kimi mərhum prokuror göstərilir.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, “Grand Park”ın tikintisinə mərhum prokurorun oğlu deputat Rövşən Rzayev özü nəzarət edib. 

Deputat R.Rzayev isə teleqraf.com-a açıqlamasında bu faktı təkzib edib. O bildirib ki, məsələnin ona aidiyyəti yoxdur: “Bircə onu deyə bilərəm ki, qəti mənə aid olmayan məsələdir. Xahiş edirəm, atamın adını çəkməyəsiniz”.

Uçan keçidin altından hansı məmurun “cəsədi” çıxacaq


1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11