Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

İntihar etmək üçün qaşıq uddu - Polis şöbəsində

Ötən gün Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) təcridxanasında intihara cəhd baş verib.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1985-ci il təvəllüdlü Həsənov Sərxan Sabrat oğlu intihar məqsədilə qaşıqla özünə xəsarət yetirib, sonra isə onu udub.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxsə qarının ön divarının kəsilmiş cırılmış yarası və qarın boşluğu orqanlarında yad cisim aşkarlanması diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra S. Həsənov Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Xaçmaz RPŞ-dən faktı təsdiqləyərək bildiriblər ki, özünə xəsarət yetirən şəxs oğurluqda şübhəli bilindiyinə görə saxlanılıb.

Hadisə ilə Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir./apa/
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35