Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Ərəbistanda öldürücü virus: 282 insan ölüb

Səudiyyə Ərəbistanında 2 il ərzində kəskin nəfəs çatışmazlığı sindromunun qeyri-adi bir növü olan “corona virusu MERS- CoV” xəstəliyindən 282 insan ölüb.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bununla bağlı açıqlama verib. Açıqlamada xəstəliyə tutulanlarla bağlı aparılan geniş araşdırmaların nəticələri təqdim edilib. Məlumata görə 2012 sentyabr ayından bu yana 688 insanda xəstəlik aşkarlandığı qeyd olunub. 53 insanın isə müalicəyə davam etdiyi söylənilir.
Qeyd edək ki, “corona” virusu, ilk olaraq 2012-ci il sentyabr ayında aşkar olunub. Səudiyyə Ərəbistanı başda olmaqla, Yaxın Şərq ölkələrinin də qorxusuna çevrilən sözügedən virus ağ ciyərləri və böyrəkləri sıradan çıxarır. Müalicəsi çətin və uzunmüddətli olan xəstəlik , yaxın təmas zamanı keçə bilir.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20