Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Suriyada prezident seçkilərinə keçirilən səsvermə başa çatıb

Bakı, 4 iyun, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Suriyada ölkə tarixində ilk dəfə alternativ əsasda keçirilən prezident seçkiləri gecə yarı başa çatıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, seçicilərin fəallığı səbəbilə səhər saat 07:00-da başlayan səsvermə beş saat uzadılıb.

Seçkinin qeyri-rəsmi nəticələrinə əsasən, budəfəki şəriksiz lider hazırkı prezident Bəşər Əsəddir. O, ötən gün paytaxt Dəməşqdəki sarayının yaxınlığında yerləşən milli qəhrəman Naim Məəsərani adına orta məktəbdə xanımı Əsma Əsədlə birlikdə səs verib.

Bildirək ki, prezident seçkilərində namizədliyini irəli sürmüş digər şəxs - Hələbdən olan kommunist deputat Mahir Əbdül Hafiz Həcar Səlhiyə məhəlləsində yerləşən Parlament sarayındakı seçki məntəqəsinə gedərək səs verib. B.Əsəd kimi o da mətbuat qarşısında açıqlama verməkdən çəkinib. Üçüncü namizəd – liberal Həsən Əbdül İllyahi ən-Nuri isə “Şeraton” mehmanxanasındakı seçki məntəqəsində səs verib. O, jurnalistlərə Suriyada prezident seçkilərinin “demokratik və şəffaf” keçirildiyini bildirib: ”Suriya başqa – plüralizmin kök atdığı və insanların fikrinə hörmət edilən ölkəyə çevrilir.”

Qeyd edək ki, seçkilərin nəticəsi bir sutkadan az olmayaraq və bütün səslərin hesablanmasından sonra açıqlanacaq./SalamNews/
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı