Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Azərbaycan klubunda zavod işçiləri 100 manata oynayır...

Futbolçularına ən az maaş verən I divizion klubu Mingəçevir “Energetik”idir.

Virtualaz.org xəbər verir ki, Azərbaycanın sayca II liqasında çıxış edən“Energetik”də futbolçular 80-120 manat aralığında məvacib alırlar. Özü də onlar qeydiyyatdan futbolçu yox, zavod işçisi kimi keçiblər. Maaş da onlara bir növü zavod işçisi kimi yazılır. Bunun üçün futbolçulara xüsusi maaş kartları verilib. Zavodda çalışan işçilərə nə vaxt maaş verilsə, həmin gün futbolçular da bankomata gedib əməkhaqlarına alırlar.

İkinci ən az maaş verən komanda isə “Göyəzən”lə MOİK-dir. Belə ki, həm Qazax klubu, həm də hərbi komanda öz futbolçularına 100-200 manat aralığında məvacib ödəyir.

“Şuşa” da az maaş verən klublardan hesab olunur. Bu komandanın rəhbərliyi futbolçulara 250-300 manat aralığında aylıq əməkhaqqı təyin edib.

I divizionda ən yüksək maaş “Ağsu”da verilir. Orada futbolçular 1000-1200 manat aralığında maaş alırlar. Bundan başqa, vacib oyunlarda qazanılan qələbələrə görə komandaya əlavə mükafatlar da verilir.

“Neftçala” və “Qaradağ-Lökbatan” da buna yaxın məbləğdə əməkhaqqı verir. Eyni zamanda bu klublar da “Ağsu” kimi bəzi mərkəzi qarşılaşmalarda qazanılan qələbələrə görə də mükafatlar təyin edirlər.

“Kəpəz” və “Turan T” isə daha çox AFFA-dan maliyyələşdiyindən burada maaşlar orta rəqəmi əks etdirir - 400-500 manat.
1585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...