Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Ağdamda əsgər əsgəri güllələyib

Zöhrab Məmmədov komadadır; atası bölük komandirini ittiham edir

«1995-ci il təvəllüdlü oğlum əsgər Zöhrab Məmmədov cəbhə xəttində əsgər yoldaşı tərəfindən avtomatla güllələnib. Oğlum iki qolundan və sinəsində yaralanıb. Ağciyəri yararsız vəziyyətə düşüb. Həkimlər onun səhhətini ağır hesab edirlər. Hazırda koma vəziyyətində Ağdamda yerləşən Sarıcalı hospitalındadır. Biz oğlumuzun Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilməsini tələb edirik. Həkimlər deyir ki, oğlumun səhhəti ağır olduğundan onu tərpətmək olmaz. Məsələ burasındadır ki, səhhətində irəliləyiş yoxdur”.

Bu sözləri əsgər Zöhrab Məmmədovun atası İlyas Məmmədov bildirdi. Z.Məmmədov oğlunun bölük komandiri, baş-leytenant Zaur Atakişiyevdən də şikayətçidir. Bildirir ki, bölük komandirinə dəfələrlə müraciət etsə də əsgərin səhhəti ilə maraqlanmayıb. Əsgərin səhhəti günü-gündən ağırlaşsa da heç bir tədbirin görülmədiyini deyir.
Z.Məmmədova atəş açan əsgər Naiq Məmmədovdur. Hadisə ilə bağlı cinayət işi açılıb. Z.Məmmədov tələb edir ki, müalicənin düzgün aparılması üçün oğlu mərkəzi xəstəxanaların birinə yerləşdirilsin və cinayət işi ədalətli aparılsın. Qeyd edək ki, Z.Məmmədov Lerik rayonundan hərbi xidmətə çağırılıb./bizimyol/
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.12.16,