Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Hərbi ekspert ordudakı ölüm hallarından danışdı

Ziyadxan Bəkirov: “Bəzi halda təsadüf, bəzi halda nizamnamədən kənar münasibətlər belə ölümlərə yol açır”
Dünən Azərbaycan ordusunda silahlı insident olub.
Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Naid Namiq oğlu Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 19 yaşlı Zöhrab İlyas oğlu Məmmədova dəyib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Z. Məmmədov Lerik rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Bir neçə gün əvvəl isə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (JHAM) kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri haqda məlumat açıqlayıb. Məlum olub ki, 2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 38 nəfər təşkil edib, ötən müddətdə 63 nəfər yaralanıb.

38 il hərbi xidmətdə olmuş Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi Ziyadxan Bəkirov ordudakı son durumu “Yeni Müsavat”a şərh edib.
Z.Bəkirov 1997-ci ilin avqustunda vəzifədə olarkən “Avrasiya” qəzeti vasitəsi ilə mərhum prezidentə müraciət edib və o dövrdə Azərbaycan ordusunda olan çatışmamazlıqları diqqətə çatdırması ilə yaddaşlarda qalıb.
Ordumuzdakı hazırki durumla bağlı isə Z.Bəkirov bunları söylədi: “Bir qədər əvvəl ermənilərin kəşfiyyat idarəsinin keçmiş rəisi açıqlama verib dedi ki, Ermənistan Azərbaycanın haqq səsinə səs verməlidir. Belə olmasa Ermənistan daha da pis duruma düşəcək. Bu sıradan bir açıqlama deyildi. Ermənilərin hansı durumda olduğunu göstərən bir fakt idi. Yəni ermənilər çıxılmaz vəziyyətdə olduqlarının fərqindədirlər və ara qatmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də silahdan maksimum çox istifadə edirlər. Silahdan nə qədər çox güllə atılırsa, qarşı tərəfdə də itki bir o qədər çox olur. Bütün bunlara baxmayaraq ordumuzda müsbət dəyişikliklər var.
Təəssüflər osun ki, bu gün də Azərbaycan əsgərləri ölür.
Bəzi halda səhlənkarlıq, bəzi halda təsadüf, bəzi halda nizamnamədən kənar münasibətlər belə ölümlərə yol açır.
İnsan ölmünü faizlə hesablamaq olmaz. Hər bir insan bir dünyadır. Ölümlərin qarşısı alınmalıdır. Zakir Həsənov ordu rəhbərliyinə təzə gəlib. Amma çox böyük işlər görüb və görməkdədir. Hazırda əsgər ölümlərinin olması qeyd etdiyim kimi ermənilərin çıxılmaz durumu ilə əlaqəlidir. Astanada Nazarbayevin erməni prezidentə dedikləri də buna sübutdur. 1998-ci ildə ermənilər Qazax istiqamətində hucuma keçmişdilər və layiqli cavablarını alıb yerlərinə oturmuşdular. Həmin hucumdan sonra sakitləşmişdilər və ara-sıra atırdılar. İndi həyasızlaşıblar. Erməniləri düşdükləri situasiya həyasızlaşdırıb”.
Qeyd edək ki, təhlükəsizlik və müdafiə sektorunda itkilərin 5 aylıq monitorinqinin nəticələrinə görə dünyalarını dəyişən38 nəfərin 8-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si isə qeyri-döyüş itkiləridir.
6 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 4 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər) C.Sümərinli bildirdi ki, onların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib./musavat/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı