Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Elşad Abdullayevin baş mühafizəçisi maşında ölü tapıldı

Ötən həftə Bakının Sabunçu rayonu ərazisində “Mercedes” marakalı avtomobilin arxa oturacağında ölü tapılmış şəxslə bağlı yeni ilginc məlumat yayılıb.

Virtualaz.org saytı vesti.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bu şəxsin hazırda fəaliyyət dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin mühafizə xidmətinin rəhbəri olduğunu bildiriblər.

Universitetin sabiq rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir.

Bildirilir ki, oktyabrın 23-də ölü tapılan, Ermənistanda anadan olmuş Ramin Qədimov keçmiş polisdir. O, DİN-in mühafizə idarəsində xidmət edib və ABU-nun mühafizəsini həyata keçirib. Lakin xidmətdə yol verdiyi nöqsanlara görə polisdən xaric olunub.

Son vaxtlar R.Qədimov Nərimanov rayonundakı “İnam” klinikasının mühafizəçisi işləyirmiş. Araşdırma zamanı məlum olub ki, həmin şəxs öz əcəli ilə ölməyib. Hadisə yerində kriminalistlər istifadə olunmuş şpris tapıblar. Ehtimal olunur ki, R.Qədimov bədəninə narkotik maddə vurub. Həkim-ekspert rəyinin nəticələri hələ hazır deyil. Bununla belə Qədimovun bədənində bir neçə iynə yeri olub. Həmçinin o, ölümündən əvvəl spirtli içki də qəbul edib.

Məlumata görə, R.Qədimov avtomobil idarə edərkən özünü pis hiss edib, dayanıb və arxa oturacağa oturaraq keçinib. Araşdırma davam edir.
1597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı