Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

PKK-çılar yolu bağladı

Qarlıova-Varto yolunu bağlayan PKK-çılara qarşı polis və jandarma əməliyyat təşkil edib.

PKK terror təşkilatının gənclərdən ibarət birliyi olan Yurdsevər Demokratik Gənclik Hərəkatı üzvləri polis bölmələrinin çoxaldılmasına etiraz ediblər. Bunun üçün də iki gündür Qarlıova-Varto yolunu bağlamışdılar. Yolu açmaq üçünsə bu gün səhər saatlarında polis terrorçulara müdaxilə edib.

Yerlilərin dediyinə görə bu gün yerli vaxtla 05:00-da bölgəyə helikopterlərlə əsgər və xüsusi təyinatlı gətirilib. Terrorçuların daş və dəyənəkli zərbələrinə cavab olaraq hüquq-mühafizə orqanları onlara qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Təxminən minə yaxın terrorçu və kəndlinin olduğu bölgədə toqquşma hələ də davam edir /Publika./
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP