Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

"Elçibəyi devirməyimlə fəxr edirem"

"Elçibəyi devirməyimlə fəxr edirem"Müsavat Partiyası başqanının müşaviri Hüseyn Məlik 1993-cü ilin 4 iyun qiyamı və bu qiyamın nəticəsi olaraq hakimiyyətdən getmələrində günahkar hesab etdiyi şəxslərin adını açıqlayıb

O, qiyama dəstək verən siyasətçilər sırasında Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, Ayaz Mütəllibov, Rəsul Quliyev, Araz və Zərdüşt Əlizadə qardaşları, Əlikram Hümbətov və digərlərinin adlarını çəkib. Həmin dövrdə Ali Sovetin deputatı olmuş, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müsahibəsində barəsindəki iddialara münasibət bildirib.

- Mən Hüseyn Məlik adda adamı tanımıram. Brejniev "Kiçik torpaq" kitabını yazanda SSRİ-də belə bir lətifə gəzirdi: "Mənim hafizəmə nəsə olub. Bilmədiyim şeylər yadımdadır". İndi bu adam da elə davranır. AXC hakimiyyətə gələndə biz mötədil, konstruktiv mövqe tutmuşduq. Görəndə ki, faşistlik edirlər, biz də onlara qarşı barışmaz mövqe tutduq. Demişdik ki, AXC devrilənə qədər mübarizə aparacağıq. Zərdüşt Əlizadənin proqnozu daha düz çıxdı. Çünki mən bildirmişdim ki, bunların hakimiyyəti heç bir il çəkməyəcək. Amma Zərdüşt Əlizadənin proqnozu bir ildən bir az artıq idi. Həqiqətən də AXC bir il bir ay hakimiyyətdə qaldı. Mən bir ay səhv etdim. Doğrudan da bunların hakimiyyətdən getməsi üçün biz əlimizdən gələni etdik. AMİP də bacardığını elədi. Bura Ayaz Mütəllibov, Rəsul Quliyevi qatmaq səfehlikdir. AXC qazdığı quyuya düşdü. İsa Qəmbərin, Pənah Hüseynin korafəhmliyi ucbatından cəbhə hakimiyyəti devrildi. Mənim yadımdadır, Pənah Hüseyn demişdi ki, əhalinin 95 faizi istəsə də belə, onlar hakimiyyətdən getməyəcəklər. Polkovnik etdikləri şəxsə qarşı getdilər və məğlub oldular. Mən Surət Hüseynovu ilk dəfə baş nazir təyin olunarkən, parlamentdə görmüşəm. Hərçənd ki, o da mənim kimi deputat idi, amma parlamentə gəlmirdi. Mən Moskvada olanda eşidirdim ki, yun zavodunun direktorunu korpus komandiri, milli qəhrəman, polkovnik ediblər. Çox təəccüblənirdim. Amma buna təəccüblənmək düzgün deyildi. Çünki ömründə əsgər olmayan Rəhim Qazıyevi müdafiə naziri təyin etmişdilər. Leyla Yunus birdən-birə polkovnik oldu. Mən AXC hakimiyyətinin devrilməsində iştirakımla fəxr edirəm. Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Türkiyənin "Nərgiz" televiziyasında jurnalistin "Hakimiyyətdə olanda sizə qarşı kimlər müxalifətdə idi" sualına cavab olaraq AMİP və ASDP-nin adlarını çəkdi. Dedi ki, ASDP-nin heç bir sosial bazası yoxdur. Jurnalistin "nasıl olur ki, nüfuzsuz bir partiya sizə zərbələr endirib" sualına cavab olaraq Elçibəy təxminən belə dedi: "Sosial-demokratlar bic tərpəndilər. Bilirdilər ki, biz onların əleyhinə çıxacağıq. Ona görə də ağıllı təkliflər verirdilər. Biz də həmin təkliflərə qarşı çıxdıq və tələyə düşdük".

- Belə bir fikir var ki, 1993-cü ildə müxalifət Surət Hüseynovdan sonra özünün sıradan çıxarılacağından ehtiyat etdiyi üçün qiyama dəstək verib. Bu ittihamlar nə dərəcədə doğrudur? - Cəbhə hakimiyyətinin gücü var idi ki, müxalifəti əzsin? Onlar quldur dəstələrindən ibarət idi. Müxalifəti əzmək, zəiflətmək üçün ağıl, bacarıq lazım idi, bu da onlarda yox idi. Bizdə belə bir ehtiyat yox idi. Mən cəbhə hakimiyyəti barədə "mavi faşistlər" ifadəsini işlətmişdim. Ədliyyə nazirinin müavini Aydın Kərimov da demişdi ki, bu ifadəyə görə Araz Əlizadəni məhkəmə qarşısına çıxarıb həbs etdirəcəyik. Mən də ona zəng edib deyirdim ki, məhkəmənin vaxtını təyin edin, gəlim. Ədliyyə naziri İlyas İsmayılov mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Görüşdüm. Dedi ki, siz AXC hakimiyyətini "mavi" adlandırmısız. İzah etdim ki, "mavi" türklüyün rəngidi. "Mavi faşistlər" pantürkçülərin faşistliyi deməkdir. Faşizm bir millətin digər millətdən üstünlüyüdür. AXC hakimiyyətində də bu əlamətlər var idi. İlyas müəlim də dedi ki, bu iş məhkəməlik deyil. Mənim evimə qumbara atdılar, maşınımı əzdilər. Televiziyada çıxışımda dedim ki, bəylər, mən sizdən qorxmuram.

- Siz Surət Hüseynovun başlatdığı qiyama hansısa formada dəstək vermisiz? - Qiyam olmayıb. Surət Hüseynovun atası rəhmətə getmişdi. O da yas yerində olub. Gecə ikən onun rəhbəri olduğu korpusa basqın ediblər. Hərbçilər də basqınçıları həbs ediblər. Korpusa hücum edənlər həbs olunmalı idi. İsa Qəmbər və Pənah Hüseynin düşünülməmiş hərəkətlərinin nəticəsi idi bunlar. Mən həmin vaxt Moskvada olmuşam. Mən Surəti sərkərdə, milli qəhrəman kimi qəbul etməmişəm. Sadəcə Surət Hüseynov qalib gəldi, bunlar isə məğlub oldu. Mən demişdim ki, Surət Hüseynov baş nazir təyin olunsa, batacaq. Çünki səriştəsi yox idi. İsa Qəmbəri də həbs edəcəkdilər. Amma arxasında Primakov durdu deyə həbs olunmadı.

- Müdafiə naziri Dadaş Rzayev Surət Hüseynovun rəhbərlik etdiyi hərbi birləşmənin buraxılması barədə əmr vermişdi. Bu mənada hüquq mühafizə orqanlarının korpusa getməsində qanunsuz nə var idi? - Surət Hüseynovu polkovnik edən insanlar sonra ona cinayət işi açdılar. Gördülər ki, Surətin orduda nüfuzu qalxır. Başladılar narahat olmağa. Dadaş Rzayev necə nazir idi ki, onun əmri yerinə yetirilmirdi? Sülhəddin Əkbər, Fəhmin Hacıyev, İxtiyar Şirinovun hansı səlahiyyətləri vardı ki, Gəncəyə gedib korpusa basqın etsinlər? Hamı bilirdi ki, Surət atasının yas mərasimindədir. Baş prokuror Gəncəyə getməməli idi. O, sanksiya verir, polislər də icra edir. Adi polis işçiləri Surəti həbs etməli idilər.

- Amma keçmiş baş prokuror İxtiyar Şirin saytımıza müsahibəsində bildirib ki, Surətin heş bir nüfuzu yox idi. Rusiyanın Gəncədəki hərbi alayının Qarabağdakı uğurları onun adına yazılırdı. Yəni Surətlə bağlı mif yaradırdılar...

- Mənim yanımda İxtiyar Şirinovdan danışmayın. Onun adı "Ginnesin rekordlar kitabı"na düşməlidir. Həm Ayaz Mütəllibovun barəsində həbs sanksiyası verib, həm də onu prokuror təyin edən Əbülfəz Elçibəy barədə. O, tam savadsız, bacarıqsız bir adamdır. Qaradağ rayonunun prokuroru olanda cəbhəçilərin ağzına corablarını soxub. Kadr qıtlığı olduğu üçün onu baş prokuror təyin etdilər. Surətin nüfuzu yox idisə, Əbülfəz Əliyev ona niyə milli qəhrəman adı, polkovnik rütbəsi verirdi? Əbülfəz Elçibəy sonradan bildirirdi ki, onun İsa Qəmbər və Pənah Hüseynin əməllərindən xəbəri olmayıb./teleqraf/
1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı