Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Jurnalisti döydürən idmançı hansı deputatın qohumudur?

Jurnalisti döydürən idmançı hansı deputatın qohumudur? “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsində sifarişçi kimi adı hallanan Tural Bayramovla bağlı qeyri-müəyyən vəziyyət davam edir

Jurnaistin döyülməsi faktı ilə bağlı təfərrüatlar ictimaiyyətə açıqlandıqdan sonra T.Bayramov ətrafında sanki xüsusi qoruma halqası yaradıldı. Hələ də onunla bağlı dəqiq informasiyalar yoxdur. Kimi onun həbs olunduğunu iddia edir, kimi də bu məlumatları təkzib edir. Bu arada isə T.Bayramovun K1 yarışlarına qatıldığı barədə məlumatlar yayılıb.

“AzərFax” T.Bayramovla bağlı daha bir diqqətçəkən məlumat əldə edib. Budəfəki məlumat onun harada olmasına yox, qohumluq əlaqələrinə aiddir.

Tərtər sakinlərindən birinin “AzərFax” a verdiyi məlumata görə, T.Bayromov millət vəkili Sahib Alıyevin yaxın qohumudur. Mənbə idmançının deputatla əmioğlu olduğunu iddia edir: “Həmin oğlanın Sahib Alıyevlə münasibətləri də yaxşıdır. Ola bilər ki, əmioğlu yox, əminəvəsi olsun. Amma fakt odur ki, qohumdurlar”.

Əlbəttə, heç kəs qohumlarının əməllərinə və davranışına görə məsuliyyət daşımır. Sahib Alıyev də adı jurnalsitin döyülməsində hallanan T.Bayramovla qohum olmasına görə günahkar deyil.

Məsələ ilə bağlı S.Alıyevlə danışmaq istəsək də təəssüf ki, cəhdlərimiz nəticə vermədi.
1420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...