Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Əsgər əsgəri niyə güllələdi?

Əsgər əsgəri niyə güllələdi?Ağdamda əsgərin öz əsgər yoldaşını güllələməsinin səbəbi məlum olub

Öncə deyək ki, dünən Müdafiə Nazirliyinin Ağdamda yerləşən N saylı hərbi hissəsinin postlarının birində əsgərin əsgəri güllələməsi xəbəri gəldi. Məlumatada deyilirdi ki, Lerik rayonundan hərbi xidmətə çağırılan 18 yaşlı əsgər Zöhrab Məmmədov hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb və ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Əvvəlcə hadisənin əsgərin silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi, yəni ehtiyatsızlıq nəticəsində baş verdiyi deyilirdi. Lakin ağır yaralanan Z.Məmmədovun yaxınlarının virtualaz.org saytının müxbiri ilə söhbətində dedikləri, yəni hadisənin təfərrüatları səbəbin tamam fərqli olduğunu deməyə əsas verir.

Yaralı əsgərin yaxınlarının dediyinə görə, Z.Məmmədov və onunla birlikdə postda xidmət edən əsgər yoldaşları əvvəlki komandirlərinə qarşı ifadə verməli imişlər. Yaralı əsgərin qohumları komandirin adını açıqlamaq istəməsələr də onun dünən (iyunun 3-də-red.) məhkəmə qarşısına çıxarılmalı olduğunu deyiblər.

“Zöhrabgilin əvvəlki komandirləri haqda Hərbi Prokurorluq tərəfindən araşdırma aparılırdı. Dünən həmin komandirin məhkəməsi olmalı idi. Bu əsgərlər də ona qarşı ifadə verməli idilər. Bir gün əvvəl, yəni iyunun 2-də həmin komandir Zöhrabın atası İlyas Məmmədova zəng vuraraq xahiş edib ki, oğlu ona qarşı ifadə verməsin. Komandir əsgərlərin ona qarşı ifadə verəcəyi təqdirdə həyatının məhv olacağını deyib və Zöhrabın atasından israrla xahiş edib ki, oğluna ona qarşı ifadə verməməyi tapşırsın. Komandirin israrı və xahişi Zöhrabın atasını rəhmə gətirib. İlyas Məmmədov oğluna belə tapşırıq verməyə razılaşıb.
Əsgər əsgəri niyə güllələdi?
Komandirlə əsgər atası arasındakı bu telefon danışığı məhkəmədən bir gün qabaq - iyunun 2-də olub

Zöhrabın atası da oğlu ilə telefonla danışaraq keçmiş komandirinə qarşı ifadə verməməsini tapşırıb” - deyə əsgər yaxınları bildirib.

Əsgər yaxınlarının sözlərinə görə, Zöhrab atasının bu məsləhətindən sonra əsgər yoldaşlarına keçmiş komandirinə qarşı ifadə verməyəcəyini deyib. Əsgər yoldaşları isə onun bu fikri ilə razılaşmayıb. Əsgərlər arasında mübahisə düşüb. Zöhrab Məmmədov onu güllələyən əsgər yoldaşı Namiq Məmmədovla mübahisə edib və ona bu hərəkətin, yəni komandirə qarşı ifadə verməyin “nakişilik olduğunu” deyib, kiməsə qarşı ifadə verməyəcəyini bildirib.

Zöhrab Məmmədovun yaxınlarının sözlərinə görə, bundan sonra mübahisə yaranıb: “Zöhrabla onu güllələyən əsgər bərk mübahisə ediblər. Bir-birlərini söyüblər, təhqiramiz ifadələr işlədiblər. Həmin əsgər də Zöhraba iki güllə vurub. Vurmamışdan qabaq da ona belə deyib ki, belə çıxır, sən geri çəkilməklə bizim hamımızı pis vəziyyətdə qoyursan... Bunu deyəndən sonra atəş açıb
Əsgər əsgəri niyə güllələdi?
Yaralı əsgərin yaxınları onun vəziyyəti haqda da danışdılar:

“Güllələr yaxın məsafədən atılıb. Zöhrab əllərini qabağa verib. Güllənin biri Zöhrabın sağ əlinə dəyib, sağ çiynindən çıxıb. İkinci güllə isə sol qoluna dəyərək ağciyərini yaralayıb. Ciyərin yarıdan çoxu əməliyyatla götürülüb. Əməliyyat 6 saata yaxın davam edib. Bakıdan Sarıcalı hospitalına həkimlər göndərilib. Zöhrabın bu gün Bakıya gətirilməsi gözlənilir. Vəziyyəti ağırdır”.
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02